EN

İranla danışıqlarda son vəziyyət: Vens Trampın məqsədini açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-la İran arasında aparılan danışıqlar problemsiz gedir. 

Globalinfo.az bildirir ki, bu barədə “Ria Novosti”yə adı açıqlanmayan yüksək vəzifəli ərəb diplomat məlumat verib.

Mənbənin sözlərinə görə, vasitəçilərin rolu problemli məsələlərin həlli üçün alternativlər təklif etməkdir. Həmçinin Vaşinqton-Tehran dialoqunda bəzi məsələlərin danışıqlara çətinlik yaratdığını desə də, dəqiq hansı məqamlar olduğunu açıqlamayıb.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib ki, danışıqlarda məqsəd nəticə etibarilə ikitərəfli iqtisadi münasibətlərin normallaşmasına gətirib çıxaracaq bir razılaşmaya nail olmaqdır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranla”kiçik bir razılaşma” bağlamağa meylli deyil.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
globalinfo.az

1Sources