EN

AFFA "Qarabağ" və II Liqa klubunu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, aşağıdakı qərar qəbul edilib:

11 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVII turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasının 27 nömrəli futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

saytlarin hazirlanmasi

Chosen
22
4
sportal.az

10Sources