EN

Deputatlar Antalya Diplomatiya Forumunda iştirak edəcəklər

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov aprelin 16-da V Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.Newscenter.az xəbər verir ki, “Sabahı planlaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr edilmiş Forumda dünya liderləri, siyasətçilər, diplomatlar, akademiklər, biznes ekspertləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcəklər. Tədbirdə diplomatiya sahəsində qlobal tendensiyalar və regional dinamika barədə müzakirələr aparılacaq, aktual problemlərin mümkün həll yolları haqqında fikir mübadiləsi keçiriləcək.Səfər aprelin 19-da başa çatacaq.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
6
newscenter.az

7Sources