EN

Pezeşkian: İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir

Pezeşkian:
İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.
O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: "Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək!” İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Pezeşkian "düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

Chosen
14
11
1news.az

10Sources