EN

Pezeşkian: "İran qeyri-sabitliyə can atmır"

İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.

APA-nın İran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir:

“Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək!”

İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib.

O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

"Cebheinfo.az"

Chosen
15
11
cebheinfo.az

10Sources