AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, ədbirdə aşağıdakı qərarlar qəbul olunub.
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyunu bitdikdən sonra “Araz-Saatlı” komandasının təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 1000 manat cərimə edilsin (maddə 52.4, 53);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasının 27 nömrəli futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Araz Saatlı” – “Göygöl” oyununun matçöncəsi iclasında “Göygöl” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 58.1, 99);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
13 aprel 2026-cı il tarixində II Liqada XXII turun “Şəmkir” – “Şirvan” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIII turun “Zirə-2” – “Şamaxı-2” oyununun 74-cü dəqiqəsində “Şamaxı-2” komandasının 64 nömrəli futbolçusu Ramiz Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
13 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIII turun “Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1)
"Qarabağ"dan maraqlı addım: Onlar üçün giriş sərbəstdir
"Qarabağ"ın legionerindən "əl çəkmirlər": TRANSFERDƏ İSRARLIDIRLAR
U-20 millimizin heyətində dəyişiklik
Azərbaycanda “Ədalətli İdman Ayı – 2026” elan olundu
II Liqa: Liderlər vacib qələbə axtarışında