Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki yüksək vəzifəli şəxs işdən azad olunub.
Cəfərov Elşən Ayaz oğlu Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Quliyev Cavanşir Cavad oğlu isə İşlər və komplektləşdirmə idarəsinin rəisi vəzifəsindən azad olunub.
Bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmrlər imzalayıb.
Onların yerinə isə yeni təyinatlar olmayıb. /İqtisadiyyat.az