EN

Polşalı deputatdan qalmaqallı addım: İsrail bayrağına svastika çəkdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa parlamentinin üzvü Konrad Berkoviç İsraili "yeni Üçüncü Reyx" adlandıraraq beynəlxalq ictimaiyyətin diqqətini çəkən sərt çıxış edib. Deputat etiraz əlaməti olaraq üzərinə svastika (faşist simvolu) çəkilmiş İsrail bayrağını nümayiş etdirib. 

Berkoviç qeyd edib ki, İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları həm qlobal yanacaq qiymətlərinə mənfi təsir göstərir, həm də minlərlə uşağın ölümünə səbəb olur. O, bölgədəki mülki itkilərin sayının digər münaqişələrdən dəfələrlə çox olduğunu vurğulayaraq Təl-Əvivin siyasətini kəskin tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
39
olaylar.az

1Sources