EN

İran müharibə və qeyri-sabitlik axtarmır, lakin... - Pezeşkian

İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək”.

İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Chosen
15
11
aznews.az

10Sources