EN

Brilliant Dadaşova bu sözlərinə görə tənqid olundu

 

Xalq artisti Brilliant Dadaşova sosial mediada yenidən diqqət çəkib.

Musavat.com-un məlumatına görə, buna səbəb onun müğənni Nəfəs haqqında səsləndirdiyi fikirlər olub.

Belə ki, sənətçi Nəfəsin bir mağaza açılışında verdiyi konsert görüntülərinə gözlənilməz münasibət bildirib. O, paylaşımında qeyd edib ki, bu cür tədbirlər konsertlərə bilet alıb gedə bilməyən tamaşaçılar üçün yaxşı imkandır və həm təşkilatçıları, həm də ifaçını alqışlayıb.

Xalq artistinin bu fikirləri sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bir qrup bunu dəstək kimi qiymətləndirsə də, digər qisim izləyicilər bu münasibəti bayağılığa verilən tərif kimi dəyərləndirib.

Könül
Musaat.com 

 

Chosen
14
musavat.com

1Sources