İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə İctimai Televiziyanın Mətbuat xidməti məlumat yayıb.
Baş direktor seçki nəticəsində müəyyən olunacaq.
Onu Yayım Şurası 4 il müddətinə seçir.
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.
Telegram kanalımız