EN

Qəzzada fevraldan bəri 241 fələstinli qətlə yetirilib

Dünyanın diqqətinin İrana hücumlara yönəldiyi 28 fevraldan bəri İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ən azı 241 fələstinli həlak olub, 422 nəfər yaralanıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzzada atəşkəsə baxmayaraq, İsrailin 2023-cü ilin oktyabr ayında əraziyə qarşı başlatdığı və iki il ərzində intensiv şəkildə həyata keçirdiyi soyqırımı davam etdirir.

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasının qarşısını alıb və bu müddət ərzində müxtəlif bəhanələrlə Fələstin mülki əhalisini hədəf almaqdan çəkinməyib.

Son iki gündə İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində daha 16 mülki şəxsin öldüyünü bildirilib.

Fələstin mediasının bölgədəki mənbələrə istinadən verdiyi məlumata görə, İrana qarşı hücumun ilk günlərində bir müddət sakitləşən İsrailin Qəzza zolağına hücumları son günlərdə yenidən şiddətlənib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
12
missiya.az

1Sources