EN

Səhiyyədəki islahatlar tibbi xidmətin daha da əlçatan olmasına hesablanıb RƏY

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

İcbari tibbi sığorta sisteminin Azərbaycanda yaradılması və tətbiqi ölkənin səhiyyə sisteminin ən böyük yeniliyidir. Bu gün dünyada səhiyyənin idarə edilməsində icbari tibbi sığorta qədər müsbət təcrübə yoxdur. Məhz buna görə icbari tibbi sığorta beş ildən artıqdır ki, Azərbaycanda tətbiq olunur və bunun müsbət nəticəsini vətəndaşlarımız da hiss edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Hazırda bu sahədə müxtəlif genişmiqyaslı islahatların aparıldığını deyən M.Quliyev bildirib ki, qarşıya qoyulan məqsədlər istiqamətində tətbiq olunacaq yeniliklərin faydalarını yaxın gələcək də bütün ölkə əhalisi görəcək.

“Vətəndaşlarımızın səhiyyə xərclərinin böyük hissəsi, bəzi hallarda isə hamısı icbari tibbi sığorta tərəfindən qarşılanır. Bu isə tibbi xidmətin əlçatanlığının daha da yaxşılaşması deməkdir. Hazırda aparılan islahatlar da məhz bu məqsədə hesablanıb. Vətəndaşlarımız bütün bu yeniliklərin uğurlu nəticələrini qısa müddət ərzində görəcəklər. Hesab edirəm ki, İcbari Tibbi Sığorta sistemi ölkəmizdə daha fəal, daha şəffaf və daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək”,- deyə deputat əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
azertag.az

2Sources