EN

Kremlin adamı kartını açdı: Karapetyan Paşinyanı devirmək üçün pasportlardan imtina edir

Rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda keçiriləcək seçkilərdə iştirak etmək üçün digər vətəndaşlıqlarından imtina etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, o bildirib ki, seçkilərə qatıldığını və qələbəsinə əmin olduğunu nəzərə alaraq, Rusiya və Kipr pasportlarından imtina prosesinə başlayıb.

Qeyd edək ki, Karapetyanın Rusiya və Kipr vətəndaşlıqları onun Ermənistanda seçkilərdə iştirakına maneə yaradır. Onun işi hazırda İrəvanda məhkəmə tərəfindən araşdırılır.

Musavat.com

Chosen
31
musavat.com

1Sources