EN

“Bu 10 ildə daim ictimai problemləri gündəmə gətirib, sosial ədaləti təşviq edib” ELMAN CƏFƏRLİ

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mənim ən sevdiyim, daim izlədiyim xəbər portallarından biri olan Gununsesi.info-nun 10 yaşı tamam olur.

Saytın rəhbəri hörmətli Pərviz Həşimlini və redaksiyada çalışan jurnalist dostları bu münasibətlə səmimi-qəlbdən təbrik edirəm.

Hər şeyin sürətlə dəyişdiyi indiki dövrdə 10 il az zaman deyil. Gununsesi.info-nun zəhmətkeş kollektivi bu illər ərzində əsl peşəkarlıq, prinsipiallıq və cəmiyyətə xidmət nümunəsi göstərib.

İnformasiya məkanında öz yeri olan, özünəməxsus xəbər təqdimetmə metodu olan gununsesi.info daim operativlik və obyektivliyi əsas prinsip olaraq götürüb.

Hər bir kütləvi informasiya vasitəsinin əsas məqsədi cəmiyyəti tərəfsiz informasiya ilə təmin etməkdir. Gununsesi.info bununla kifayətlənməyib, öz faydalı araşdırma yazıları ilə cəmiyyətin maariflənməsinə çalışıb.

Gununsesi.info bu 10 ildə həmçinin vətəndaş cəmiyyətinin inkişafına daim dəstək göstərib, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin işıqlandırılmasında, onların təşəbbüslərinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Üçüncü sektora verilən bu dəstək ictimai fəallığın artırılmasına, sosial layihələrin tanıdılmasına və vətəndaş iştirakçılığının gücləndirilməsinə dəyərli töhfədir.

Bu 10 ildə Gununsesi.info daim ictimai problemləri gündəmə gətirib, sosial ədaləti təşviq edib, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində önəmli rol oynayıb.

Hörmətli həmkarlar, istər ictimai-siyasi hadisələrin işıqlandırılması, istər sosial problemlərin qabardılması, istərsə də mədəni və mənəvi irsin tanıdılması istiqamətində gördüyünüz işlər yüksək qiymətə layiqdir.

Bu əlamətdar gün münasibətilə sizə möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Ömrünüz uzun, qələminiz kəskin olsun!

Elman Cəfərli

Araşdırmaçı jurnalist, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources