EN

“Kəpəz” qolkiperi: “Azarkeşləri yenə sevindirəcəyik”

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ"a qarşı möhtəşəm və əzmkar qələbə qazandıq. Həmin oyunda komandanın göstərdiyi xarakter, mübarizə əzmi və inam həqiqətən təqdirəlayiq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Yusif İmanov deyib.24 yaşlı qolkiper Misli Premyer Liqasının 27-ci turu çərçivəsində "Karvan-Yevlax"a məğlub olduqları oyunu haqda fikirlərini bölüşüb:"Qarabağ"ı məğlub etdikdən sonra azarkeşlərə böyük sevinc yaşatdıq və sübut etdik ki, istədiyimiz zaman çox güclü oyun sərgiləyə bilirik. Təəssüf ki, bundan sonra keçirdiyimiz iki oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Amma futboldu, belə hallar qaçılmazdır. Bəzən uğurlu seriyadan sonra eniş də olur. Əsas məsələ bu məğlubiyyətlərdən düzgün nəticə çıxarmaq, səhvlər üzərində işləmək və daha güclü şəkildə geri qayıtmaqdır. Hələ mövsüm bitməyib və qarşıda çox vacib oyunlar var. Komanda olaraq motivasiyamız yüksəkdir və hər matça maksimum ciddi yanaşaraq ən yaxşı nəticələri qazanmağa çalışacağıq. İnanırıq ki, yenidən qələbə seriyası başlayacaq və azarkeşlərimizi sevindirməyə davam edəcəyik".Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
sport24.az

1Sources