Ermənistan tez bir zamanda üzvlük tələbi ilə Avropa İttifaqını (Aİ) şantaj etmək niyyətində deyil.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bildirib.
“Biz Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun qəbul etmişik, lakin strategiyamız ondan ibarətdir ki, biz şantaj vasitələrindən istifadə etməyəcəyik — yəni “qanunu qəbul etdik, deməli, bizi bir ay ərzində Aİ-yə qəbul etməlisiniz” kimi yanaşmayacağıq”, – o qeyd edib.
Paşinyan əlavə edib ki, inteqrasiya prosesində “sıfır gərginlik” olmalıdır.