EN

Kim edəcəksə, başı ağrıyacaq, azı 50 min manat təzminat ödəməli olacaq

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Elza Seyidcahan musiqi əsərlərinin süni intellekt vasitəsilə dəyişdirilməsinə qarşı çıxış edib. Sənətçi bildirib ki, insanların bunu sevgidən etməsini anlasa da, mahnıların notlarının dəyişdirilməsi qəti qadağandır.Demokrat.az xəbər verir ki, o, bu məsələnin ciddi hüquqi nəticələri olacağını vurğulayıb.Sənətçi mahnılarını süni intellektlə yeniləyənləri məhkəməyə verəcəyini və onlardan 50 min manat təzminat tələb edəcəyini bildirərək xəbərdarlıq edib:"Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Mən razılaşmadım. Xahiş edirəm, diqqətli olun. Özünüzə nə istəyirsiniz, süni intellektlə yazın, amma mahnılarımızı dəyişdirməyin. Bu mənim bəyənməyimlə bağlı deyil, qanundur. Bəstəkar notu yazıb. Hüquqlar pozulur, olmaz, qadağandır. Kim edəcəksə, başı ağrıyacaq, məhkəmədə cavab verəcək, ən azı 50 min manat təzminat ödəməli olacaq".Musiqi sahəsindəki mövcud vəziyyətdən narazılığını ifadə edən əməkdar artist peşəkar bəstəkarların əsərlərinə qayğı ilə yanaşmağın vacibliyini qeyd edib:Hər yerdə belə mahnılardan istifadə edirlər, sonra da özlərini “bəstəkar” adlandırırlar. Ona görə indi ki, ailələr də sünidir, evlənirlər, boşanırlar. O qədər bəstəkarlarımızın əsərləri var ki, bundan sonra belə mahnılar yazılmasa belə ehtiyac yoxdur. Yazırsansa, yaxşı yaz. Yaza bilmirsənsə, get hansısa bəstəkarın mahnısını götür, aranjiman et, oxu. Gündə, ayda bir mahnı çıxarmaqla nə demək istəyirsiniz? Qorxularından hər ay yeni mahnı çıxarırlar. Bəstəkarlarımız unudulub gedir".Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
11
demokrat.az

10Sources