EN

Tramp və Roma Papası arasında qarşıdurma davam edir

Tramp və Roma Papası arasında qarşıdurma davam edir

ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabından Roma Papası Leo ilə getdikcə dərinləşən fikir ayrılığına dair yeni bir bəyanat yayıb.

AFN.az xəbər verir ki, Tramp paylaşımında kiminsə Papa Leoya İranın son iki ay ərzində ən azı 42 min günahsız və silahsız nümayişçini qətlə yetirdiyini və bu ölkənin nüvə bombasına sahib olmasının qətiyyən qəbul edilməz olduğunu xatırlatmasını istəyib.

Paylaşımına "Amerika geri döndü" qeydini də əlavə edən Trampın bu çıxışı onun sosial mediada Papanı cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə bərbad adlandırmasından iki gün sonraya təsadüf edir. Sözügedən gərginlik ABŞ mənşəli ilk Roma Papası olan Leonun ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni tənqid etməsi ilə daha da kəskinləşib.

Papa Leo Tramp administrasiyasından qorxmadığını və müharibənin dəhşətlərini pisləməyə davam edəcəyini vurğulayıb. Bu qarşıdurma tərəflər arasında diplomatik və dini müstəvidə ciddi rezonans doğurub.

Chosen
17
afn.az

1Sources