EN

“Real Madrid”in formasını geyinməyi arzulayıram Əli Bəşirovun ə AÇIQLAMASI

Idman.biz saytına istinadən ain.az xəbər verir.

15 yaşlı Əli Bəşirov Azərbaycan futbolunun ən perspektivli oyunçularından biri hesab olunur. O, Azərbaycan millisinin üzvü və "Qarabağ"ın U-17 komandasının oyunçusudur. Klubun baş məşqçisi Qurban Qurbanov Bəşirovu dəfələrlə əsas komandanın məşqlərinə və toplanışlarına dəvət edib.

Bəşirov uşaqlıqdan “Real Madrid” azarkeşidir, onun kumiri isə Kriştianu Ronaldudur.

"Ən böyük arzum - bir gün bu klubun formasını geyinmək və onun heyətində rəsmi oyuna çıxmaqdır", – deyə Əli Bəşirov İdman.Biz-ə açıqlamasında bildirir.

Onun idman yolu atasının Əlini futbol bölməsinə aparması ilə başlayıb. Gənc oyunçunun sözlərinə görə, o, orada ən yaxşı futbolçu olub və yeddi yaşında "Qarabağ" akademiyasına baxışa dəvət edilib, burada da qəbul olunub. O, məşqlərə özündən bir yaş böyük uşaqlarla başlayıb.

Hazırda Əli Bəşirov elə bir səviyyəyə yüksəlib ki, Qurban Qurbanov onu əsas komandanın məşqlərinə dəvət edir. O, bunun ilk dəfə necə baş verdiyini belə xatırlayır: "Həmin gün oyunumuz var idi. Evə qayıtdım və gözlənilmədən baş məşqçidən zəng gəldi ki, sabah əsas komanda ilə məşq edəcəyəm. Çox sevindim, çünki belə gənc yaşda bu təcrübəni qazanmaq mənim üçün böyük şərəf idi. Məşq zamanı bir qədər həyəcanlı idim, amma məşqçilər heyəti məni ruhlandırdı. Daha sonra tədricən rahatlıq və özünəinam yarandı. İlk gündən həm oyunçular, həm də "Qarabağ"ın personalı mənə qarşı çox mehriban idi".

Bəşirov hesab edir ki, Qurban Qurbanov onun üzərinə diqqət yetirib, çünki o, məşqlərə və oyunlara ciddi yanaşır və qarşısına qoyulan tapşırıqları dəqiq yerinə yetirir.

"Məşqçilərin mənim haqqımda nə düşündüyünü deyə bilmərəm. Onlar bunu daha yaxşı bilirlər. Mən sadəcə əlimdən gələni etməyə və işimi yaxşı görməyə davam edəcəyəm", - deyə futbolçu əlavə edib.

Əli Bəşirov Ağdam klubunun Azərbaycan Premyer Liqasındakı vəziyyəti barədə də danışıb: "Çempionat hələ davam edir. Həm azarkeş, həm də "Qarabağ"ın oyunçusu kimi inanıram ki, sonda komandamız məqsədinə çatacaq".

Bəşirov həmçinin “Strasbur”(Fransa) klubuna baxışa dəvət alması ilə bağlı məlumatı təsdiqləyib. "Bu təklif oyunlarımı izləyən menecerlər vasitəsilə kluba və ailəmə gəlib. "Qarabağ"a təşəkkür edirəm ki, buna müsbət yanaşdı və Fransaya baxışa getməyimə icazə verdi". Bəşirov əlavə edib ki, mümkün keçidin detalları barədə səfər baş tutduqdan sonra danışacaq.

Gənc futbolçu qeyd edib ki, futbol karyerasının inkişafına fokuslansa da, təhsilə də ciddi yanaşır və yaxşı oxuyur. Onu texniki fənlər maraqlandırır və gələcəkdə bu sahə üzrə ixtisas seçməyi planlaşdırır. Futboldan kənarda isə kitab oxumağı, şahmat və stolüstü tennis oynamağı sevir.

Leyla Eminova

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources