AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.
Xezerxeber.az xəbər verir ki, buna Ağdam təmsilçisinin 4 futbolçusunun Premyer Liqanın XXVII turunun "Şamaxı" ilə matçında sarı vərəqə alması səbəb olub.
“Qarabağ” buna görə 700 manat cərimə ödəyəcək.
Qeyd edək ki, “Şamaxı” – “Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatıb.