EN

Venediktova qarşı “arzuolunmaz təşkilat” işi Tanınmış jurnalist həbs edilə bilər

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Moskvanın Çeryomuşkinski Rayon Məhkəməsinə "Exo Moskvı" radiosunun keçmiş baş redaktoru Aleksey Venediktova qarşı inzibati protokol daxil olub. Tanınmış jurnalist Rusiyada "arzuolunmaz" elan edilmiş təşkilatların fəaliyyətində iştirakda ittiham olunur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Venediktova qarşı irəli sürülən ittihamın konkret nədən ibarət olduğu hələlik açıqlanmır. Jurnalist öz "Telegram" kanalında bildirib ki, protokol barədə mediadan öyrənib, məhkəmə çağırışı isə ona aprelin 14-də gəlib. O, rəsmi reyestrdə olan 358 "arzuolunmaz" təşkilatın heç biri ilə əməkdaşlıq etmədiyini vurğulayıb və hazırda Moskvada olduğunu qeyd edib.

Rusiyanın mövcud qanunvericiliyinə görə, bu maddə üzrə fiziki şəxsləri 5 mindən 15 min rubla qədər cərimə gözləyir. Lakin bu hal təkrar olunarsa, şəxsə qarşı cinayət işi açıla bilər ki, bu da 4 ilə qədər azadlıqdan məhrumetmə deməkdir.

Aleksey Venediktov 1998-2022-ci illərdə "Exo Moskvı" radiosuna rəhbərlik edib. Ukraynada müharibə başladıqdan dərhal sonra - 1 mart 2022-ci ildə radionun yayımı Baş Prokurorluğun tələbi ilə dayandırılıb, daha sonra isə səhmdar "Qazprom-Media" redaksiyanı tamamilə qapadıb.

Xatırladaq ki, jurnalist 2022-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" elan edilib. 2025-ci ilin yayında isə Venediktovun keçmiş əməkdaşlarının xaricdə yaratdığı "Exo" layihəsi Rusiya tərəfindən "arzuolunmaz təşkilat" siyahısına salınıb. Venediktov özü də "Qazprom-Media"ya qarşı 1,1 milyard rublluq iddia qaldırıb.

Qeyd edək ki, Venediktov müharibəyə qarşı çıxsa da, Rusiyanı tərk etməyib. O, ölkə daxilində bəzi müxalif qruplar tərəfindən hakimiyyətlə gizli əlaqələrdə də ittiham olunur.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
azpolitika.info

1Sources