EN

Rabitəbank ın problemli kreditləri 8 % ə yaxın artıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rabitəbank" ASC bu ilin I rübünü 5,096 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 49,393 milyon manat (1 il əvvələ nisbətən 21,5 % çox), xərcləri 42,998 nmilyon manat (25,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,3 milyon manat (26 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 395,269 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Bunun 921,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,6 % böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 7,8 % artaraq 35,495 milyon manata çatıb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 17,6 % artaraq 1 milyard 258,757 milyon manata, o cümlədən depozit portfeli 21,2 % artaraq 836,293 milyon manata, balans kapitalı isə 6,8 % artaraq 136,512 milyon manata çatıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.(report)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
bizimyol.info

2Sources