ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, ötən gecə Bakı və Abşeronun bir sıra ərazilərində şiddətli dolu yağıb. Nəticədə açıq havada olan avtomobillərə zərər dəyib.
Bəs bu cür hava şəraitində avtomobilləri qorumağın alternativ yolları hansılardır?
Avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, dolu yağan zaman avtomobil bayırda qaldıqda ona ziyan dəyir.
Müsahibimizin sözlərinə görə, dolu avtomobilin bəzi hissələrinə zərər verir:
"Dolu altında qalan avtomobilin tavanı, kapotu və baqajı ziyan görür. Gələcəkdə yenidən dolu şübhəsi olarsa, mütləqdir ki, avtomobil zirzəmidə və ya qarajda saxlanılsın. Zirzəmi və ya qaraj yoxdursa, eyni zamanda avtomobil evə yaxın yerdədirsə, üzərinə xalça atmaq olar".

Həmsöhbətimiz vurğuladı ki, günəşdən qorunmaq üçün istifadə olunan örtüklər kifayət deyil:
"Nazik örtükdən istifadə olunarsa, bu zaman avtomobilə ziyan dəyməsi qaçılmazdır. Əgər maşının üzərinə qalın nəsə atmaq imkanı yoxdursa, avtomobilin içindəki ayaqaltıları avtomobilin tavanına, kapotuna atmalısınız ki, ziyan dəyməsin".
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.