Bakı.Trend:
2026-cı ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanlarıtərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarıştədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktıaşkarlanıb.
Trend-in əldəetdiyi məlumata görə, aşkarlanmış faktların 549-u narkotikvasitələrin qanunsuz satışı, 1889-u qanunsuz əldə edilibsaxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilibbecərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olub.
Əməliyyatlar zamanı qanunsuz dövriyyədən ümumilikdə 2 ton 896 kq808,712 qram narkotik vasitə və psixotrop maddə, eləcə də 17 ədədhəb götürülüb. Müsadirə edilən maddələrin 2 ton 477 kq 653,24qramını marixuana, 171 kq 664,846 qramını heroin, 57 kq 520,39qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramınıdigər narkotik vasitələr, 23 kq 192,496 qramını isə psixotropmaddələr təşkil edib. Bundan başqa, 15 ədəd çətənə bitkisi də aşkarolunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi bazardəyərinin 75 milyon 978 min manat olduğu qiymətləndirilir.
Hesabat dövründə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 1044nəfər cəlb edilib. Onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır.Xarici vətəndaşlardan ümumilikdə 112 kq 789,853 qram narkotikvasitə və 17 ədəd həb müsadirə olunub.
Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsiilə bağlı 44 fakt aşkarlanıb və bu faktlar üzrə 759 kq 474,815 qramnarkotik vasitə dövriyyədən çıxarılıb.
Ümumilikdə, cinayətlərin 54-ü qrup halında törədilib və buhallar üzrə 625 kq 285,9 qram narkotik vasitə müsadirə edilib.Həmçinin 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslərtərəfindən törədilib və onlardan 454 kq 500,9 qram narkotik vasitəgötürülüb.
Müqayisə göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə2026-cı ildə aşkarlanmış cinayətlərin ümumi sayı 118 fakt, qanunsuzsaxlanma halları 251 fakt, dövriyyədən çıxarılan narkotiklərinçəkisi isə 691 kq 798,93 qram artıb. Bununla yanaşı, qaçaqmalçılıqfaktları 14, qrup cinayətləri 2, narkotik bitkilərin kultivasiyası2, digər cinayətlər 1 fakt azalıb. Məsuliyyətə cəlb edilənşəxslərin sayı 24, xarici vətəndaşların sayı isə 15 nəfərazalıb.
Eyni zamanda digər narkotik vasitələrin çəkisi 14 kq 565,067qram (69%), psixotrop maddələrin çəkisi isə 32 kq 894,117 qram(58,7%) azalıb.
Müsadirə edilən narkotiklərin 85,5 faizini marixuana təşkiledib. Onun 78,6 faizi xarici ölkə mənşəli, 21,3 faizi isə ölkəərazisində qanunsuz şəkildə yetişdirilib.
Bundan əlavə, 30 yanvar 2026-cı il tarixində keçirilən tədbirzamanı 25 məhkəmə və istintaq qərarı əsasında ümumilikdə 858 kq620,899 qram narkotik vasitə, 22 139 ədəd həb, 1056 ampul və 4745ədəd güclü təsir edən maddə yandırılaraq məhv edilib.
Həmçinin müxtəlif rayon və şəhərlərdə keçirilən tədbirlər zamanı380 məhkəmə hökmü üzrə ümumilikdə 6 kq 574,623 qram narkotik vasitəvə psixotrop maddə, eləcə də 19 ədəd həb məhv olunub.