EN

Ukrayna “Koral” kompleksi üçün yeni tutucu raket təqdim edib

Ukraynanın “Luç” dizayn bürosu qabaqcıl “Koral” hava hücumundan müdafiə raket sistemi üçün yeni tutucu raket təqdim edib.

Herbiand.az bildirir ki, raket potensial olaraq S-300 və ya hətta “Patriot” buraxılış sistemləri ilə uyğun gəlir.

Yeni məhsul raketlərin, dronların və hibrid sistemlərin nümayiş olunduğu Ukrayna müdafiə texnologiyaları sərgisində nümayiş etdirilib. Nümayişdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. Təqdim edilən raketin konkret modifikasiyası dəqiqləşdirilməyib. Bu ya nümunə, ya da istehsala yaxın variant ola bilər.

“Koral”ın gözlənilən xarakteristikasına 100 kilometrə qədər uçuş məsafəsi, təxminən 300 kiloqram çəki və saatda 3600 kilometrə qədər sürət daxildir. Döyüş başlığının 25 kiloqram ağırlığında olduğu təxmin edilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
15
herbiand.az

1Sources