EN

Tikinti materiallarının istehsalı 12,4 faiz artıb

Bakı, 15 aprel, AZƏRTAC

Tikinti materiallarının istehsalı sahəsində cari ilin yanvar-mart aylarında istehsalın ümumi dəyəri 309,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövr ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 38,3 faiz, əhəng istehsalı isə 24,6 faiz artıb.

Üç ayda 2133,8 min kvadratmetr tikinti şüşəsi, 116,2 min kubmetr tikinti kərpicləri, 982,3 min ton sement klinkerləri, 838,6 min ton sement, 7,6 min ton əhəng, 10 min ton gips məmulatları, 19,7 min ton sementdən, betondan kərpiclər və oxşar məmulatları, 14,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları, 952,5 min ton beton və 8,4 min ton asfalt istehsal edilib.

 

Chosen
18
2
azertag.az

3Sources