EN

Ərdoğan Netanyahuya qəzəbləndi, sözləri ayaq üstə alqışlandı Detallar

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edərək İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına sərt münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan deyib ki, heç kim Türkiyəyə qarşı hədələyici tonla çıxış edə bilməz və bu ölkənin gücünü kiçik görməməlidir:

“Biz bu coğrafiyada mövcudluğunu başqalarının yüz il əvvəlki qərarlarına borclu olanlardan fərqli olaraq, minillik təcrübəmizə əsaslanaraq məsuliyyət hissi ilə hərəkət etməyə davam edəcəyik. Şəxsən mənə və ölkəmizə sosial şəbəkələr üzərindən hücum edənlərə bəzi həqiqətləri bir daha xatırladıram. Türkiyə Respublikası adi bir dövlət deyil. Heç bir qüvvə Türkiyəyə və onun prezidentinə hədə-qorxu gələ bilməz.

Ən çətin şəraitdə belə qarşısına çıxan maneələri aşmağı bacaran bu millətin gücünü kiçik hesab edənlər yanılır. Zərurət yaranarsa, biz kifayət qədər güc, iradə və qətiyyətə sahibik və bunu hər kəs yadda saxlamalıdır”.

Qeyd olunur ki, toplantıda iştirak edən partiya üzvləri Türkiyə prezidentinin bu sözlərini yaqüstə alqışlayıblar.

Xatırladaq ki, daha əvvəl Benyamin Netanyahu və İsrail hökumətinin bir sıra rəsmiləri sosial şəbəkələrdəki paylaşımlarında Türkiyəni hədəf alıblar.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
globalinfo.az

1Sources