Ölkənin birinci bankı Kapital Bank-ınaktivləri 31 mart 2026-cı il tarixinə11,8 milyard manat təşkil edib.Müştərilərə verilən kreditlərin həcmi isə5,5 milyard manatdır.
31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankdamüştəri depozitlərinin həcmi8,5 milyard manat təşkil edib. Bankın 31mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmukapitalı 1,2 milyard manat, adi vəimtiyazlı səhmlər isə 256milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilinanaloji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119%arataraq 120 milyon manata çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's”beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bureytinqlər ölkənin bank sektorunda yüksək reytinqlərsırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosialşəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formadahəyata keçirə bilərsiniz.