EN

Moldova bir ildən sonra MDB-dən çıxacaq

Moldova bir ildən sonra MDB-dən çıxacaq

Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdığını rəsmən elan edib. Baş nazirin müavini və xarici işlər naziri Mihai Popşoi bildirib ki, ölkənin təşkilatdakı üzvlüyünün bir ildən sonra başa çatması planlaşdırılır.

"8 apreldə sazişlərin ləğvi barədə qərarlar imzalandıqdan sonra Minskdəki katibliyə bildiriş göndərildi və biz onun alınması barədə təsdiq aldıq", - deyə cənab Popşoi bildirib (RİA Novosti-dən sitat gətirilib).

Moldova dörd ildir ki, MDB və AAİ görüşlərini qulaqardına vurur. 2025-ci ilin sonuna qədər ölkə Birlik daxilində imzalanmış təxminən 70 sazişi ləğv etmiş və hazırda Avropa İttifaqına qoşulmağa hazırlaşır. 2 apreldə Moldova parlamenti MDB Nizamnaməsindən çıxma layihəsini son oxunuşda təsdiqləyib.

Chosen
16
ikisahil.az

1Sources