EN

“Azərbaycanın gənc aqro liderləri” təqaüd proqramının qalibləri müəyyənləşib

Gəncə, 15 aprel, AZƏRTAC

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün nəzərdə tutulmuş “Azərbaycanın gənc aqro liderləri” təqaüd proqramına seçilən gənclərlə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə layihənin əsas məqsədinin aqrar sahədə liderlik potensialına malik, müasir bilik və bacarıqlara yiyələnmiş gənclərin dəstəklənməsi, onların təhsil imkanlarının genişləndirilməsi və peşəkar inkişafına şərait yaradılması olduğu deyilib.

Təqaüd əyani təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən II və III kurs tələbələrinə verilir. Proqram aqronomluq, baytarlıq, zomühəndislik və aqromühəndislik ixtisaslarında uğur qazanan tələbələri əhatə edir.

Görüşün sonunda təqaüd qazanan tələbələrə sertifikatlar təqdim olunub.

Müxbir - Elcan Məmmədov

Chosen
17
2
azertag.az

3Sources