"Beşiktaş"ın futbolçusu Kartal Kayra Yılmaz əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.
25 yaşlı yarımmüdafiəçi sağ topuğundan cərrahi müdaxilə edilib
Xatırladaq ki, "Beşiktaş"ın öz yetirməsi olan Kartal Kayra Yılmaz 2019-cu ildən əsas komandada oynayır. 29 tura 55 xal toplayan "qara qartallar" hazırda Super Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar. Komandanı Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Sergen Yalçın çalışdırır.
Toğrul