Böyük Britaniya bu il Ukraynaya ən azı 120.000 dron göndərəcək.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti çərşənbə günü, 15 apreldə açıqladı ki , bu, ölkənin tammiqyaslı müharibə zamanı indiyə qədər təqdim etdiyi ən böyük dron göndərişidir. Bəyanatda deyilir: "Böyük Britaniya tərəfindən indiyə qədər təqdim edilən ən böyük yeni paketə Ukraynada cəbhə döyüşlərində özünü sübut etmiş minlərlə uzunmənzilli zərbə dronları, kəşfiyyat dronları, logistika dronları və dəniz qüvvələri daxil olacaq. Bu yeni dronların Ukraynaya çatdırılması artıq bu ay başlayıb".
Rekord qıran dron dəstəsi Böyük Britaniyanın bu il Ukrayna üçün daha geniş 3 milyard funt sterlinq dəyərində hərbi dəstək proqramı, eləcə də ERA fondları tərəfindən maliyyələşdirilir.
Müdafiə naziri Con Gilli də təsdiqləyib ki, Böyük Britaniya bu il Ukraynaya yüz minlərlə artilleriya mərmisi və minlərlə hava hücumundan müdafiə raketi verəcək.
Xatırladaq ki, yanvar ayında Böyük Britaniyanın qabaqcıl PUA və tutucu dronların istehsalına başladığı elan edilmişdi . Ukraynaya çatdırılma fevral ayına planlaşdırılırdı.
Ötən il Ukrayna və Böyük Britaniya həmçinin Thales şirkətindən 5000-dən çox hava hücumundan müdafiə raketinin tədarükü ilə bağlı müqavilə imzalayıblar . Saziş 19 illik müddətə 2,5 milyard funt sterlinqlik zəmanətlə maliyyələşdirilir.