EN

İsrail-Almaniya GƏRGİNLİYİ: Səfir nazirin “nasist” bəyanatına QARŞI ÇIXDI

İsrailin Almaniyadakı səfiri kansler Merzə qarşı deyilən “nasist” ittihamlarına etiraz edib.

İnterpress.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Berlin ilə İsrail rəhbərliyi arasında yeni bir diplomatik gərginlik yaranıb. Buna səbəb İsrailin maliyyə naziri Bezalel Smotriçin Almaniya kansleri Fridrix Merzə qarşı sərt çıxışı olub.

Smotriç sosial şəbəkədəki paylaşımında Merzə müraciət edərək, onu yəhudilərə harada yaşayıb-yaşamayacaqlarını diktə etməkdə ittiham edib.

“Cənab kansler, almanların yəhudilərə harada yaşamağa icazə verildiyini, harada isə yox, diktə etdiyi zamanlar keçmişdə qaldı və bir daha geri qayıtmayacaq. Onlar bizi gettolara qayıtmağa məcbur edə bilməzlər, xüsusən də öz ölkəmizdə”, – nazir qeyd edib.

Qeyd edək ki, Almaniya kansleri Benyamin Netanyahu ilə söhbətindən sonra Fələstin ərazilərindəki vəziyyətin onu “böyük narahatlıqla” doldurduğunu bildirmiş və İordan çayının qərb sahilinin faktiki ilhaqının yolverilməz olduğunu vurğulamışdı.

Media məlumatlarına görə, İsrail hökuməti bu yaxınlarda işğal olunmuş İordan çayının qərb sahilində 34 yeni yaşayış məntəqəsinin yaradılmasını, o cümlədən əvvəllər qanunsuz hesab edilən postların leqallaşdırılmasını təsdiqləyib.

İsrailin Berlindəki səfiri Ron Prozor nazir Smotriçin bu bəyanatından ictimai şəkildə məsafə saxlayıb. O bildirib ki, Almaniya rəhbərliyi ilə mübahisə etmək olar, lakin bu cür ifadələr Holokost xatirəsinə kölgə salır.

Prozor, həmçinin Almaniyanın İsrail üçün “bir nömrəli dost” olaraq qaldığını vurğulayıb və kansler Merzi “İsrailin böyük dostu” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources