EN

Onlar təqaüd proqramının qalibi oldular

Yazını böyüt
Yazını kiçilt

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün nəzərdə tutulmuş “Azərbaycanın gənc aqro liderləri” təqaüd proqramına seçilən gənclərlə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə layihənin əsas məqsədinin aqrar sahədə liderlik potensialına malik, müasir bilik və bacarıqlara yiyələnmiş gənclərin dəstəklənməsi, onların təhsil imkanlarının genişləndirilməsi və peşəkar inkişafına şərait yaradılması olduğu deyilib.

Təqaüd əyani təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən II və III kurs tələbələrinə verilir. Proqram aqronomluq, baytarlıq, zomühəndislik və aqromühəndislik ixtisaslarında uğur qazanan tələbələri əhatə edir.

Görüşün sonunda təqaüd qazanan tələbələrə sertifikatlar təqdim olunub.

Chosen
7
2
hafta.az

3Sources