EN

"Real" Çempionlar Liqası ilə Münhendə vidalaşacaq? - BU GECƏ

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gələcək.

Bu axşam 4 köklü komanda meydana çıxacaq. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olacaq.

“Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edəcək. Cütün üstün tərəfi 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşacaq. Cütün qalibi yarımfinalda “Atletiko”ya rəqib olacaq.

1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub.

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 2:1

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0

Chosen
19
1
sportinfo.az

10Sources