EN

Ermənistan TRIPP layihəsinin icra mərhələsinə keçib - Paşinyan

Ermənistanın Baş naziri Nikol Pashinyan bildirib ki, ölkə TRIPP layihəsinin icra mərhələsinə qədəm qoyub.

Day.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bunu parlamentdə çıxışı zamanı deyib.

Baş nazir ABŞ və Azərbaycanla birlikdə regional kommunikasiya xətlərinin açılmasının prioritet olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, ABŞ, Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar regionda uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edəcək. Layihə çərçivəsində nəqliyyat və iqtisadi əlaqələrin bərpası planlaşdırılır.

"TRIPP" - "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" - regional infrastrukturun inkişafı, investisiyaların cəlbi və iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyan layihə kimi təqdim olunur.

Ermənistan tərəfi layihənin icrası üçün ABŞ ilə birgə müəssisə yaradılacağını da bildirir.

Chosen
22
day.az

1Sources