EN

Tarixin 15 apreli...

Bu gün tarixin vərəqlərində 15 apreldəyik.

Hit.az bildirir ki, bu gün dünyada Ekoloji Bilik Günü kimi qeyd olunur.

Həmçinin, 15 aprel həm də Ümumdünya Mədəniyyət Günüdür. Bu gün həm də Azərbaycan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfat etdiyi gündür. Bu gün onun dünyadan köçməsinin üzərindən 41 il keçir. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. 

Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Akademikin tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları kifayət qədər çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.


15 apreldə başqa nələr baş verib?
1992-ci ildə Azərbaycan və Fələstin arasında diplomatik əlaqələr qurulub. 2016-cı ildə Bakıda Gənclik Mall ticarət mərkəzinin açılışı olub. 2019-cu ildə Fransadakı Paris Notr-Dam kilsəsi güclü yanğın nəticəsində ciddi ziyan görüb.

15 apreldə doğulanlar:
1367-ci ildə İngiltərə kralı IV Henri, 1452-ci ildə italiyalı rəssam Leonardo da Vinçi, 1642-cı ildə Osmanlı sultanı II Süleyman, 1684-cü ildə Rusiya imperatriçası I Yekaterina, 1797-ci ildə Fransa Prezidenti Adolf Tyer, 1896-cı ildə rusiyalı fizik və kimyaçı Nikolay Semyonov, Rusiya fiziki və kimyaçısı, 1905-ci ildə azərbaycanlı memar Sadıq Dadaşov, 1908-ci ildə amerikalı aktrisa Lita Qrey, 1912-ci ildə Şimali Koreyanın ali lideri Kim İr Sen, 1949-cu ildə rusiyalı müğənni Alla Puqaçova, 1990-cu ildə ingilis aktrisa Emma Uotson və 1997-ci ildə Böyük britaniyalı aktrisa Meysi Vilyams dünyaya gəlib.

15 apreldə vəfat edənlər:
1558-ci ildə Osmanlı sultanı Sultan Süleymanın xanımı Xürrəm Sultan, 1622-ci ildə italiyalı rəssam Leandro Bassano, 1865-ci ildə ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln, 1980-ci ildə fransız filosof Jan Pol Sartr, 1995-ci ildə türkiyəli fotoqraf Yıldız Moran, 2009-cu ildə azərbaycanlı klarnet ifaçısı, Xalq artisti Vəli Qədimov, 2010-cu ildə azərbaycanlı aktyor və Xalq artisti Telman Adıgözəlov, Azərbaycan aktyoru vəfat edib.

Pərviz

Chosen
35
hit.az

1Sources