EN

Starmer Trampın İran müharibəsi ilə bağlı Britaniyaya təzyiqinə münasibət bildirib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın İran müharibəsi ilə bağlı Londona təzyiqinə münasibət bildirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazir parlamentin iclasında deyib: “Bu, bizim müharibəmiz deyil və mənə fərqli bir yol tutmaq üçün çox təzyiq göstərilib, bu təzyiqə dünən gecə baş verənlər də daxildir. Fikrimi dəyişməyəcəyəm. Güzəştə getməyəcəyəm”.

O, Liberal Demokratların lideri Ed Deyvinin Donald Trampın çərşənbə axşamı “Sky News”a verdiyi müsahibə ilə bağlı sualına cavabında bildirib ki, qarşı tərəf Britaniya ilə ticarət müqaviləsini pozmaqla hədələyib və bu, İrandakı mənasız müharibəyə qoşulmamağa görə cəzadır.

Starmer təkrarlayıb ki, Böyük Britaniya bu müharibəyə cəlb olunmayacaq, çünki bu, ölkənin milli maraqlarına uyğun deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
azertag.az

2Sources