Ukraine ərazisində çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan kadrlarda hərbi geyimli şəxslərin küçədə bir gənci saxlayaraq onu zorla avtomobilə mindirməyə çalışdığı əks olunub. İddialara görə, hadisə ölkədə davam edən səfərbərlik prosesi ilə bağlıdır.
Bəzi istifadəçilər bu görüntüləri məcburi hərbi xidmətə cəlb olunma kimi şərh etsələr də, hadisənin harada və nə vaxt baş verdiyi hələlik rəsmi olaraq təsdiqlənməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir. Sosial mediada yayılan video müxtəlif reaksiyalar doğurub. Bir qrup bunu qanuni tədbir kimi qiymətləndirir, digərləri isə insan hüquqlarının pozulması kimi dəyərləndirir.
Qeyd edÉ™k ki, Rusiya-Ukrayna müharibÉ™si fonunda ölkÉ™dÉ™ sÉ™fÉ™rbÉ™rlik tÉ™dbirlÉ™ri davam edir.Â
Hüseyn
Milli.Az