EN

“Mədəni nəsil-Davranış kodu” layihəsi çərçivəsində tədbir keçirilib

“Mədəni nəsil-Davranış kodu” layihəsi çərçivəsində Göyçay rayonunda maarifləndirici tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni nəsil-Davranış kodu” layihəsi çərçivəsində Göyçay rayonunda maarifləndirici sessiya baş tutub.

Layihənin əsas məqsədi gənclər arasında etik davranış qaydalarının, düzgün ünsiyyət bacarıqlarının, ictimai münasibətlərdə məsuliyyətli davranışın və ümumi mədəni dəyərlərin təşviq edilməsidir. Eyni zamanda, layihə iştirakçıların intellektual düşünmə və komanda işi bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.

Göyçayda keçirilən 2 günlük tədbir çərçivəsində 24 nəfər gəncin iştirakı ilə ilk gün maarifləndirici təlim, ikinci gün isə intellektual yarışın seçim turu təşkil olunub. Tədbir müddətində iştirakçılara mövzu üzrə ətraflı məlumat təqdim edilib, onların bilik səviyyəsi, analitik düşünmə və komanda işi bacarıqları qiymətləndirilib.

Layihə üzrə seçim mərhələsini uğurla başa vuran 2 komanda region finalında iştirak etmək hüququ qazanıb. Layihə çərçivəsində bütün iştirakçılar sertifikatlarla təltif olunur, final mərhələsinin iştirakçılarına və qaliblərinə isə əlavə mükafatlar – kubok, medallar, diplom və təşəkkürnamələr, eləcə də müxtəlif hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, “Mədəni nəsil-Davranış kodu” layihəsi region gənclərinin mədəni davranış, ünsiyyət, komanda işi və intellektual inkişafına dəstək verməklə yanaşı, onların sosial fəallığının artırılmasına da xidmət edir.

"Cebheinfo.az"

Chosen
19
2
cebheinfo.az

3Sources