EN

Klubu ilə müqaviləsi yeniləndi

Ozan Kabak hazırkı komandasında daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, “Hoffenhaym”da çıxış edən Türkiyə yığmasının müdafiəçisi Almaniya klubu ilə müqaviləsinin müddətini uzadıb. Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında müddəti 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

2022-ci ildən “Hoffenhaym”ın formasını geyən futbolçunun adı son vaxtlar sabiq klubu “Qalatasaray”la da hallanırdı. Uzun sürən zədədən sonra bu mövsüm yaşıl meydanlara qayıdan Ozan meydana çıxdığı 21 matçda 4 qol vurub.

Chosen
51
1
football-plus.az

2Sources