EN

SOCAR–MOL sazişi üzrə öhdəliklər təsdiqləndi

BAKI, 15 aprel. TELEQRAF

Nazirlər Kabineti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə MOL şirkəti arasında imzalanmış saziş çərçivəsində hökumətin təminat və öhdəliklərinin təsdiq edilməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında imzalanmış sazişin 5-ci əlavəsində qeyd olunan “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq olunub.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 sentyabr tarixli sərəncamına uyğun olaraq, 2025-ci il 17 dekabr tarixində SOCAR və MOL Hungarian Oil and Gas Public Limited Company arasında imzalanmış sazişə əsaslanır.

Qərar Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq qəbul edilib.

Chosen
9
teleqraf.com

1Sources