EN

“Azəristiliktəchizat” növbəti mövsümə hazırlıq tədbirlərinə başlayıb

Bakı, 15 aprel, AZƏRTAC

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-a məxsusi olaraq “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

Xatırladaq ki, respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü başa çatıb. Mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilib, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb. Hesabat dövründə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhərində və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3800 yaşayış binası, təxminən 176 min 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.

Müxbir-Nailə Həsənova

Chosen
4
2
azertag.az

10Sources