EN

Gecə Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir

Günəş səthində yaranan tac dəliyi səbəbindən aprelin 18-19-da Yer kürəsinin maqnit sahəsində müəyyən dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, bu günlərdə xüsusilə meteohəssas insanlar özlərini narahat hiss edə bilərlər.

Məlumatı Rusiya Elmlər Akademiyasından olan elmi qurumlar yayıb. Bildirilib ki, qısa müddətli dalğalanmalar gözlənilsə də, ümumi kosmik şərait sabit olaraq qalır və ciddi təhlükə nəzərdə tutulmur. 

Chosen
8
2
day.az

3Sources