EN

“İT ixracında geri qalırıq”, Osman Gündüz

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözlər IT sahəsi üzrə ekspert Osman Gündüzə məxsusdur. O bildirib ki, belə gedişlə rəqəbətədavamılılq gələcəkdə daha çətin ola bilər. Ekspert regionun bir neçə ölkəsinin İT ixracını təhlil edib. Qazaxıstan

2020-ci ildə İT sahəsində eksport $30 milyon olub, 2023-də $500 milyon olub, hazırda $1.2 milyard civarındadır. Özbəkistan

2022-ci ildə İT eksport $100 milyon olub, hazırda təxminən 1 milyard civarındadır. Ermənistan

5 il öncə təxminən $300 milyon olub. 2025-də $1 milyardı keçib (Xidmət ixracının 20%-i İT sahəsindədir). Ukrayna

Çoxdan $1 milyardı keçib. Hazırda İT eksportu $5-6 milyard həcmindədir Azərbaycanda isə bu rəqəm $100 milyona yaxındır. “Düşünürəm ki, daha cəld və effektiv qərarlar verilməlidir. Real, işlək dəstək mexanizmləri olmalıdır. Biznesi, startapları böyük layihələrə cəlb etmək lazımdır”,- ekspert vurğulayıb. Osman Gündüz onu da qeyd edib ki, son günlər DVX tərəfindən açıqlanan "100 ən çox vergi ödəyicisi" siyahısı da İT sektordakı vəziyyətin necə olmasını açıq-aşkar göstərir: “Bu siyahının açıqlanmasından sonra hökumət gərək həyəcan təbili çalaydı, cavabdeh qurumlardan hesabat tələb edəydi. Lakin hələlik heç bir tərpəniş müşahidə olunmur. Ümdi edirəm aidiyyəti qurumlar da mövcud vəziyyətin fərqindədirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azvision.az

2Sources