EN

Arne Slot: Transfer etmək üçün bəzi futbolçuları satmalıyıq

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Liverpul"un baş məşqçisi Arne Slot klubun yay transfer planları və maliyyə siyasəti barədə danışıb. Sport24.az xəbər verir ki, niderlandlı mütəxəssis Çempionlar Liqasından kənarlaşdıqdan sonra komandanın yeni transferlər etməsi üçün əvvəlcə futbolçu satmalı olduğunu deyib:"Klubun modeli belədir – adətən almaq üçün satmalıyıq. Bu yay da eyni vəziyyət olacaq. Bu, böyük çağırışdır, amma əvvəllər də bu modelin işlədiyini göstərmişik".Slot əlavə edib ki, yayda komandanı tərk edəcək futbolçular da var. Belə ki, Məhəmməd Salah və Endryu Robertson müqavilələrinin başa çatması səbəbindən azad agent kimi klubdan ayrılacaqlar.Qeyd edək ki, "Liverpul" Çempionalar liqasından kənar qaldıqdan sonra komanda üzərində təzyiq daha da artıb. Klubun həm transfer siyasəti, həm də baş məşqçi Arne Slotun gələcəyi hazırda müzakirə mövzusudur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
sport24.az

1Sources