EN

Azərbaycan yaxın 5 ildə dövlət büdcəsinin kəsirinin ÜDM ə nisbətini 2 % ə endirəcək

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 % təşkil edəcəyi, 2030-cu ildə isə 2 %-ə enəcəyi proqnozlaşdırılır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, gələn il büdcə kəsirinin yuxarı həddi 3 milyard 64 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 161 milyon manat, 3 milyard 210,3 milyon manat və 3 milyard 408 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici vədaxili) və vahid xəzinəhesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrəcəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcəkr .

Yeni makrofiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərəuyğun olaraq uzunmüddətli dövrdədaxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək. Bununla yanaşı, 2027-ci ildə 2 milyard 42,6milyon manat proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 54,1 milyon manat olacağı gözlənilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
cebheinfo.az

2Sources