Bakı, 15 aprel, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya Kubokundakı rəqibləri bəlli olub.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.