EN

Quba-Qonaqkənd yolunda son vəziyyət açıqlandı

Quba-Qonaqkənd yolunda son vəziyyət açıqlanıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov “Yeni Sabah”a bildirib ki, hazırda ərazidə alternativ yolun çəkilməsi istiqamətində intensiv işlər aparılır. 

Onun sözlərinə görə, əhalinin ehtiyaclarının ödənilməsi üçün İcra Hakimiyyəti tərəfindən lazımi işlər görülür: 

“Əhalinin ərzaq ehtiyaclarının təmin olunması üzrə işlər aparılır, ərzaq daşınır. Aparılan işlər və yol nəzarətdə saxlanılır. Yaxın vaxtlarda yolun istifadə veriləcəyi gözlənilir”.

Qeyd edək ki, aprelin 11-də yağan intensiv yağışlar nəticəsində Quba-Qonaqkənd kəndi istiqamətində torpaq sürüşməsi nəticəsində bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb. 

Aytəkin Əliyeva


Telegram kanalımız
Chosen
38
1
yenisabah.az

2Sources